Azərbaycan Mərkəzi Bankı bu il ərzində muzdlu işçilərin maaş aldıqları bankı sərbəst seçməsi imkanının yaradılmasını planlaşdırır. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank sektorunda rəqabət və xidmət haqları ilə bağlı məsələləri şərh edərkən bildirib.
Kazımovun sözlərinə görə, bank sektorunda rəqabətin genişlənməsi vacibdir.
“Qismən razılaşa bilərik ki, rəqabət artmalıdır. Bank sektorunda rəqabət genişlənməlidir”, - o bildirib.
AMB sədri qeyd edib ki, bankların xərclərinə inflyasiya, maliyyə sektorunun dayanıqlılığı ilə bağlı yeni tələblər, IT infrastrukturu, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə standartların sərtləşdirilməsi, eləcə də dövlət tərəfindən tənzimlənən qiymətlərin artması təsir göstərir.
Onun sözlərinə görə, hazırda aidiyyəti qurumlarla birlikdə əməkhaqqı liberalizasiyası üzrə aktiv iş aparılır.
“İstəyimiz odur ki, bu il, növbəti iki-üç ay ərzində əməkhaqqı liberalizasiyası həyata keçiriləcək. Həm dövlət sektorunda, həm də kommersiya sahəsində maaş alan muzdlu işçi istədiyi bankı seçib maaşını ala bilsin”, - Kazımov bildirib.
AMB sədri qeyd edib ki, növbəti mərhələdə pensiyaçılar üçün də bu imkanın yaradılması nəzərdə tutulur.
Kazımovun sözlərinə görə, proses texniki inteqrasiyalar tələb edir, lakin məqsəd vətəndaş üçün sadə və heç kimdən asılı olmayan mexanizm yaratmaqdır.
N.Təbrizli
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta