AZ

Arvadını maşında döyən kişi ilə bağlı qərar verildi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Nərimanov rayonunda 29 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 15-də baş verib. Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əhməd həmin gün axşam saat 22 radələrində yaşadıqları küçədə, “Yaşıl Bazar”ın arxa çıxışının yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobilin içərisində arvadı Səbinə (adlar şərtidir – red.) ilə mübahisə edib. O, qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı arvadını qəsdən bir neçə dəfə yumruqla vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr