AZ

Türkiyəli YouTuber Ruhi Çenet açıqlama verdi: "Hantavirusun aşkarlandığı gəmidə idim"

Tanınmış türk “YouTuber”ı Ruhi Çenet bildirib ki, hantavirus aşkarlanan və Yaşıl Burun adaları yaxınlığında lövbər salan sərnişin gəmisində olub.

Çenet açıqlamasında deyib: “Təxminən 1 ay davam edən araşdırma gəmi səfərimiz zamanı aramızdan 1 nəfər vəfat edəndə bunun okean şəraiti ilə bağlı olduğunu düşündüm. Amma vəziyyət düşündüyümüzdən daha pis imiş. Mən səfərin 24-cü günündə gəmidən düşdüm, amma gəmi son dayanacağa qədər daha 11 gün davam etdi. Mən düşəndən cəmi 1 gün sonra ölən şəxsin həyat yoldaşı da vəfat etdi. Daha sonra üçüncü ölüm baş verəndə məlum oldu ki, gəmidə müalicəsi olmayan və gəmiricilərdən keçən hantavirus var”.

O əlavə edib ki, ilk ölən sərnişinin məhz hantavirus səbəbilə həyatını itirdiyi təsdiqlənib və hazırda gəmidəki yeganə həkim də ağır vəziyyətdədir.

Çenet qeyd edib ki, gəminin son dayanacağı olan Yaşıl Burun adaları virus səbəbindən gəmini qəbul etməyib. O, özünün sağlam olduğunu və bütün lazımi testlərdən keçdiyini bildirib. Həmçinin vurğulayıb ki, gəmi rəhbərliyi ilk ölüm zamanı bunun yoluxucu xəstəlik ola biləcəyi ehtimalını ciddi qəbul etməyib.

Kanar adaları etiraz edir

Kanar adaları hökuməti, İspaniya mərkəzi hakimiyyətinin hantavirus aşkarlanan, Hollandiya bayrağı altında üzən MV Hondius gəmisinin adalara yan almasına icazə verməsinə etiraz edib.

Kanar adalarının hökumət başçısı Fernando Klavixo bildirib: “Bu qərar heç bir texniki meyara əsaslanmır və ictimaiyyəti sakitləşdirəcək, təhlükəsizliyi təmin edəcək kifayət qədər məlumat yoxdur”.

O, həmçinin İspaniyanın baş naziri Pedro Sançes ilə təcili görüş tələb etdiyini deyib.

Gəmidə vəziyyət

3 maydan bəri karantində saxlanılan gəminin bir neçə gün ərzində Qran Kanariya və ya Tenerife adasına yan alması gözlənilir.

Seçilən
49
aznews.az

1Mənbələr