Qubada üç kəndin adı dəyişdirilir.
"Unikal" xəbər verir ki, bununla bağlı "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.