AZ

Naxçıvanda 3 tiktoker TUTULDU

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvanda tiktok-da canlı yayım açaraq söyüş söyən və əxlaqsızlığı təbliğ edənlər saxlanılıb.

Lent.az-ın məlumatına görə, 41 yaşlı Murad Şükürov (ad və soyad şərtidir) yaşadığı kənddə tiktok sosial şəbəkəsində canlı yayım açaraq ünvansız söyüşlər söyüb.

Murad Şükürov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub və öz-özünə söyüş söyüb. O, əməlindən peşman olduğunu qeyd edib.

Həmçinin 25 yaşlı Röya Məmmədzadə (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində özünə məxsus “raya_mehdizadə” hesabında əxlaq normalarına zidd hərəkətlər olan video paylaşıb. Belə ki, həmin videoda insan bədən hissələri əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada görüntülənib.

Röya Məmmədzadə ifadəsində həmin videonu öz doğum gününü qeyd edərkən çəkdiyini bildirib. O, əməlindən peşman olduğunu deyərək, himayəsində olan 2 azyaşlı övladının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edib.

Bundan əlavə, Babək rayon sakini olan 36 yaşlı Şəmşir Dadaşov (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində özünə məxsus “ceferbabayev46” hesabında canlı yayım açaraq ictimai mənəviyyatı təhqir edən əxlaqsız ifadələr səsləndirib.

Şəmşir Dadaşov ifadəsində bildirib ki, həmin canlı yayımı kafedə olarkən sərxoş halda açıb. O. əməlindən peşman olduğunu deyib.

Bu əməllərinə görə, onların hər biri saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (nternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə Murad Şükürov 25, Şəmşir Dadaşov 10 gün müddətinə inzibati qaydada həbs edilib, Röya Məmmədzadə isə 750 manat məbləğində inzibati qaydada cərimələnib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
lent.az

3Mənbələr