AZ

Nolanın yeni filmi tənqidlərə məruz qaldı

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hollivudun ustad rejissoru Kristofer Nolanın böyük maraqla gözlənilən 13-cü tammetrajlı ekran işi "The Odissey" filmindən yeni fraqment təqdim olunub.

"Euronews"un verdiyi xəbərə görə, mövzusu Homerin antik yunan dastanından götürülən və Matt Damon, Tom Holland, Enn Heteuey kimi ulduzların rol aldığı ekran işi bütövlükdə IMAX kameralarla çəkilən ilk film və 250 milyon dollarlıq büdcəsi ilə indiyə qədərki ən bahalı Nolan layihəsi kimi diqqət çəkir.

Lakin yeni görüntülərdə qəhrəmanların müasir amerikan ləhcəsi ilə danışması və antik dövrə uyğun gəlməyən bəzi ifadələrin işlədilməsi kinosevərlər arasında ciddi müzakirələrə və tənqidlərə yol açıb.

Rejissor isə bu seçimlərin antik dastanlar ilə müasir komiks mədəniyyəti arasındakı bağdan qaynaqlandığını vurğulayaraq, Homerin öz dövrünün bir növ "Marvel"i olduğunu bildirib.

Qeyd edək ki, dünya premyerası 17 iyul 2026-cı ildə baş tutacaq film, epik miqyası və iddialı vizual dili ilə ilin ən böyük kino hadisəsi olmağa namizəddir.

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
kulis.az

3Mənbələr