Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Xəbəri rus dilində oxuyun: Суд вынес вердикт по делу главы Союза молодых ветеранов
Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda (silah qismində əşyadan istifadə etməklə-maddə 221.3) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunmuşdu.