AZ

“Günəşdə təmir gedir” – Astronomlardan maraqlı paylaşım

Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.
Yenicag.az xəbər verir ki, bu maraqlı hadisə ilə bağlı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun rəsmi “Telegram” səhifəsində paylaşım edilib.
Günəşdə təmir gedir, sağ tərəfdən uçun – Astronomlardan maraqlı paylaşım
Mütəxəssislər bu kosmik mənzərəni zarafatyana belə şərh ediblər:
“Hazırda Günəş sistemində profilaktik təmir işləri gedir. Sağ tərəfdən uçuş həyata keçirin”.
Tədqiqatçılar paylaşımı təmir xəbərdarlığına dair yol nişanı ilə onun Günəşdəki oxşarını kollaj şəklində təqdim ediblər.
Seçilən
22
2
yenicag.az

3Mənbələr