ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 may, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrının tarixi, zəngin sənət ənənələri və müasir fəaliyyətini əks etdirən “Müşahidə” adlı qısametrajlı film çəkilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Etalon” platforması tərəfindən ərsəyə gətirilən ekran işi uzun illər Sumqayıt teatrında fəaliyyət göstərmiş mərhum aktyor Yalçın Səlimovun xatirəsinə ithaf olunub.
Filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur.
Filmin Sumqayıt teatrında təqdimatı keçirilib. Nümayişdən sonra Sumqayıt Dövlət Dram Teatrı Yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov çıxış edərək teatrın rəhbərliyi və kollektivi adından layihənin müəlliflərinə təşəkkürünü bildirib.
Rejissor Xəyalə Pircanova ekran işinin ideyası, yaranma prosesi və əsas məramı haqqında ətraflı məlumat verib.




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.