AZ

Rusiya ordusunun Ukraynada uşaq bağçasına dron hücumunda 1 nəfər ölüb, 2 yaralı var - Yenilənib 

Rusiya pilotsuz uçuş aparatlarının Ukraynanın Sumı şəhərində uşaq bağçasına endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb...

APA xəbər verir ki,bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

“Sumıda Rusiya PUA-larının düşdüyü ərazidə xilasedicilər qadının meyitini aşkar ediblər”, - o bildirib.

O əlavə edib ki, daha iki yaralı xəstəxanaya yerləşdirilib.

***

Mayın 6-da Rusiya ordusu Ukraynanın Sumı şəhərinin mərkəzində yerləşən uşaq bağçasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Eyni zamanda, şəhərə zərbələrin davam etdiyi və sakinlərin təhlükəsiz yerlərdə qalmasının vacib olduğu bildirilib.

Sumı şəhərinin meri vəzifəsini icra edən Artem Kobzar isə qeyd edib ki, iki pilotsuz aparatı birbaşa uşaq bağçasının binasına düşüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Qeyd edək ki, səhər saatlarında Sumı vilayətində dron hücumu nəticəsində bir qadın ölüb.

Poliqon.info

Seçilən
5
5
poliqon.info

7Mənbələr