AZ

​Dünyanın ən gözəl kəndi seçildi -

İspaniyanın cənubunda yerləşən Frigiliana kəndi 2026-cı ildə dünyanın ən gözəl kəndi seçilib. Təbii gözəlliyi, tarixi ab-havası və qorunub-saxlanılan memarlıq üslubu ilə seçilən kənd qısa müddətdə dünyanın diqqət mərkəzinə düşüb. Metbuat.az xəbər verir ki, Frigiliana kəndi İspaniyanın Malaga yerləşir. Dağlar və sıx meşələrlə əhatə olunan bu yaşayış məntəqəsi sakitliyi və unikal landşaftı ilə turistləri cəlb edir. Tarixi yüzilliklərə dayanan kənddə ənənəvi memarlıq qorunub. Dar küçələr və qədim tikililər isə ziyarətçilərə keçmişə səyahət imkanı yaradır. Ağdənizin kənarında yerləşməsi yaşayış məntəqəsinin dəyərini daha da artırır.

Kəndin populyarlığı son illərdə daha da artıb. Burada yaradılan müasir turizm infrastrukturu, xüsusilə də məşhur qolf sahəsi və ekoloji yanaşma ilə qurulan istirahət məkanları Frigiliana fərqli edən əsas amillərdəndir. Mütəxəssislər hesab edir ki, həm təbiətlə harmoniyası, həm də tarixi ruhunu qoruması səbəbindən bu kənd dünyanın ən gözəl kəndi adına layiqdir.

Seçilən
62
metbuat.az

1Mənbələr