AZ

ABŞ və İran memorandum imzalamağa yaxındır – “Axios”


Vaşinqton və Tehran silahlı münaqişəyə son qoymaq barədə memorandum imzalamağa yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portal mənbələrə istinadla məlumat verib.
Onların fikrincə, ABŞ rəhbərliyinin Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarı danışıqlardakı irəliləyişlə əlaqələndirilir.
Memorandum layihəsi ABŞ-nin 14 maddəlik planına əsaslanır və bu plan regionda hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğv edilməsi perspektivləri ilə bağlı 30 günlük danışıqlar dövrünün başlanmasını nəzərdə tutur.
İki mənbəyə görə, razılaşmanın təfərrüatları ilə bağlı danışıqlar İslamabadda və ya Cenevrədə baş tuta bilər.
Seçilən
3
2
yeniavaz.com

5Mənbələr