“Arsenal” UEFA Çempionlar Liqasında finala yüksələrək tarixi nəticəyə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi yarımfinalda “Atletiko”nu iki oyunun yekununda mübarizədən kənarlaşdıraraq 20 illik fasilədən sonra finala çıxıb.
Komanda bununla cari mövsümdə 41-ci qələbəsini qazanaraq klub tarixində ən yaxşı göstəricilərdən birini təkrarlayıb. “Topçular” sonuncu dəfə bu nəticəyə 1970/71 mövsümündə nail olmuşdu.