
İngiltərənin vitse-çempionu “Arsenal” bir mövsümdə ən çox qələbə üzrə klub rekordunu təkrarlayıb.
Yeniavaz.com xəbər verir ki, klub buna Çempionlar Liqasının yarımfinalının ikinci oyununda “Atletiko Madrid” üzərində qələbə ilə (1-0) nail olub.
Beləliklə, “Arsenal”ın bütün turnirlərdə qələbələrinin sayı 41-ə çatıb.
Bundan əvvəl London klubu 1970/1971 mövsümündə bu uğuru əldə etmişdi.