AZ

Həkiminiz ən yaxın müttəfiqinizdir - Səhiyyə Nazirliyinin psixoloqundan açıqlama

“Cəmiyyətdə həkim peşəsinin qorunması səhiyyə sisteminin dayanıqlığı və ictimai sağlamlığın təhlükəsizliyi baxımından vacibdir. Yalnız birgə səylərlə ən böyük dəyər olan insan sağlamlığını və həyatını qoruya bilərik”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan həkimləri hər gün yüksək peşəkar və mənəvi məsuliyyət daşıyır, ağır iş yükü və emosional gərginlik şəraitində insan həyatı ilə bağlı qərarlar qəbul edirlər: “Bu fəaliyyət səhiyyə sisteminin əsas dayağını təşkil edir və onun qorunması ümumi ictimai maraqdır. Tibb ictimayyəti sosial şəbəkə istifadəçilərini məlumatların yayılmasında məsuliyyətli olmağa, faktları yoxlamağa və səhiyyə sisteminə, eləcə də bu sahədə çalışan insanlara etimadı zədələyə biləcək ümumiləşdirmələrdən çəkinməyə çağırır”.

R.Nəcəfov vətəndaşlara da müraciətində bildirib ki, həkim onların sağlamlığı uğrunda mübarizədə ən yaxın müttəfiqdir: “Qarşılıqlı hörmət, etimad və əməkdaşlıq effektiv tibbi yardımın əsas şərtidir. Həkimə hörmət və etimadın qorunması təkcə etik məsələ deyil, həm də sistemin funksional sabitliyi üçün zəruri amildir, çünki bu dəyərlər zəiflədikdə tibbi qərarların düzgünlüyü və ümumi sağlamlıq nəticələri də risk altına düşür”.

Seçilən
3
musavat.com

1Mənbələr