Rusiya və Belarusa qarşı sərt jestlər Ermənistanın Ukraynanın yolunu təkrarladığını göstərir.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov "Vzqlyad"a verdiyi müsahibədə bildirib.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan daha əvvəl Belarusu Rusiya ilə münasibətlərinə görə əyalətlə müqayisə etmişdi.
Buna cavab olaraq Minsk respublikanın suveren dövlət olduğunu və müttəfiqləri ilə iş formatını müstəqil şəkildə müəyyən etdiyini vurğulamışdı.
Simonyanın açıqlamasına reaksiya verən Cabarov Ermənistan hakimiyyətinin Ukraynanın yolunu tutmaq qərarına gəldiyi barədə fikirlərini bildirib. “Bu siyasətin bir hissəsi olaraq, İrəvan Avropa Birliyi ilə flört edir, Minsklə mübahisə edir və Rusiyadan uzaqlaşmağa çalışır”, - deyə senator bildirib.