AZ

Savaş ALOVLANDI: Uşaq bağçası BOMBALANDI, Zelenskidən 9 May ANONSU – TV Musavat

Rusiya pilotsuz uçuş aparatlarının Ukraynanın Sumı şəhərində uşaq bağçasına dron zərbəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. “Sumıda Rusiya PUA-larının düşdüyü ərazidə xilasedicilər qadın meyitini aşkar ediblər”, - o qeyd edib. Oleq Qriqorov əlavə edib ki, daha iki yaralı xəstəxanaya yerləşdirilib.

Rusiyanın hücumları atəşkəsin inkar edilməsidir. Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib. Onun sözlərinə görə, bu günün başlanğıcından bəri Dnepr, Zaporojye, Kramatorsk və digər bölgələrə qarşı 30 hücum həyata keçirilib.

“Ötən gecə və bu səhər 70-dən çox bomba ilə 20-dən çox aviazərbə endirilib. Gecə boyu Rusiya ordusu həm də müxtəlif tipli dronlardan istifadə edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 90-a yaxın dronu zərərsizləşdirib”, - Zelenski qeyd edib.

O vurğulayıb ki, Rusiya atəşkəsi ümumilikdə 1820 dəfə pozub. Ukrayna lideri Rusiyanı müharibəni bitirməyə çağırıb və rəsmi Moskvanın Kiyev tərəfinin diplomatik təkliflərindən xəbərdar olduğunu bildirib. Zelenski Kiyevin 8-9 may tarixlərində Rusiyanın təklif etdiyi atəşkəsə əməl edib-etməyəcəyini dəqiqləşdirməyib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
48
12
musavat.com

10Mənbələr