AZ

Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib FOTO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş "DSCH" musiqi axşamı keçirilib.

Proqramda bəstəkarın Saşa Çernıy və Aleksandr Blokun şeirlərinə vokal silsilələri, kamera-instrumental əsərləri ilə yanaşı, onun tələbələri - görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyevin kamera əsərləri də ifa olunub.

Konsertin ideya müəllifi, BMA-nın dosenti, pianoçu Yuliya Kərimova ilə birlikdə solistlər - Əməkdar artisti Fəridə Məmmədova (soprano), Ümidə Abasova (skripka) və Georgiy İmanov (violonçel) Şostakoviç ilində dinləyicilərə bəstəkarın ziddiyyətlər, yumor, faciə və tükənməz enerji ilə dolu musiqisinin kodlanmış dünyasına səyahətə dəvət ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
news.milli.az

1Mənbələr