AZ

“Sumqayıt”a ağır cəza: Prezident və baş məşqçiyə görə 10 min manat cərimə

BAKI, 6 may. TELEQRAF

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 10 min manat məbləğində cərimələyib.

Teleqraf xəbər verir ki, qərar Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə oyundan sonra baş verən hadisələrə görə qəbul edilib.

Matç başa çatdıqdan sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. Buna görə funksioner 2-si şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Klub isə 5 min manat cərimə olunub.

“Kimyaçılar”ın baş məşqçisi Saşa İliç də həmin qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. Serbiyalı mütəxəssis növbəti 2 oyunda texniki zonada yer ala bilməyəcək.

Bu epizoda görə də “Sumqayıt”a əlavə 5 min manat cərimə tətbiq edilib.

Beləliklə, klub prezident və baş məşqçi ilə bağlı qərarlara görə ümumilikdə 10 min manat ödəməli olacaq.

Seçilən
15
teleqraf.com

1Mənbələr