AZ

İstanbul Böyükşəhər Bələdiyyəsi mədəniyyət müdiri Ədəbiyyat Muzeyinin qonağı olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

İstanbul Böyükşəhər Bələdiyyəsi mədəniyyət müdiri Hüseyn Sərt Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Qonağı zəngin və maraqlı ekspozisiya ilə muzeyin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova tanış edib. Təqdimat zamanı Azərbaycan ədəbiyyatının qədim dövrlərindən müasir mərhələsinə qədər keçdiyi tarixi yol, klassiklərimiz və ortaq türk ədəbi irsini əks etdirən nadir nümunələr barədə ətraflı məlumat verilib.

Xüsusilə muzeydə qorunan qədim nəşrlər, mütəfəkkirlərin həyat və yaradıcılığını əks etdirən şəxsi əşyalar qonağın böyük marağına səbəb olub. Muzeyin əməkdaşı ekspozisiyada yer alan nümunələrin təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mənəvi yaddaşını özündə daşıdığını vurğulayıb.

Hüseyn Sərt muzeyin rəy kitabına ürək sözlərini yazıb. O, mənəvi bağlardan söz açaraq ekspozisiyada əsərləri sərgilənən türk şairi Nazim Hikmətdən bəhs edib.

“Qədim Azərbaycan və türk tarixinin ən qiymətli nümayəndələrinin əsərlərindən, həyatlarından bənzərsiz xatirələr saxlayan bu qiymətli muzeydə müstəsna məlumatlar əldə etdim. Bu mədəniyyət ocağında çox şey öyrəndim və zamanla unutduqlarımı yenidən xatırladım”, - deyə qonaq qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azertag.az

1Mənbələr