AZ

Bu ərazidə qarın hündürlüyü 5 metrə çatdı - FOTOLAR

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda qarın qalınlığı bəzi ərazilərdə 5 metrə çatıb.

“Yeni Sabah” xəbər verir ki, bölgədə güclü qar yağışı və çovğun səbəbindən xüsusilə yüksək dağlıq ərazilərdə vəziyyət çətinləşib. Dağlıca istiqamətində qarın qalınlığı yer yer 5 metrə qədər yüksəlib.

Qar səbəbindən bir sıra kənd yolları bağlanıb. Xüsusilə ucqar yaşayış məntəqələrinə gedən yolların açılması üçün xüsusi texnikalar və işçi qüvvəsi səfərbər olunub. Ərazilərdə çığ təhlükəsi də işləri daha da çətinləşdirir. Marqarita pizza

Məlumata görə, aidiyyəti qurumların əməkdaşları gecə-gündüz çalışaraq yolların yenidən nəqliyyat üçün əlçatan olmasına çalışır. Qar kütləsinin bəzi yerlərdə texnikanın hündürlüyünü keçməsi isə iş prosesini xeyli ləngidir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
3
1
yenisabah.az

2Mənbələr