AZ

Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Zərrərçəkənin hüquqi varisi kimi qətlə yetirilənin qızı Qurma Zeynalova tanınıb.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının  24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. 

Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib. 

Daha sonra təqsirləndirilən şəxs ifadə verib və o, tutduğu əməldən peşman olduğunu qeyd edib:

"İttiham aktında qeyd olunub ki, mən onu qisas məqsədi ilə öldürmüşəm, amma bu doğru deyil. Biz ailədə beş uşaq olmuşuq. Gözümü açandan həmişə anamı gözüyaşlı görmüşəm; atam ona gün verməyib. Atam həmişə anamı xəyanətdə günahlandırırdı, döyürdü; yazıq qadının gözünün yaşının tökülmədiyi bir gün yox idi. Mən onu müdafiə edəndə məni də anama qatıb şil-küt edirdi. Anam neçə dəfə  boşanmaq istəsə də, atam bunu edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirdi. Hadisə günü saat 11-də evdən çıxıb universitetə getdim. Universitetdən qayıdanda, evə daxil olmamış atamın qışqırığını eşitdim. Tez özümü evə verəndə atamın bacıma hücum edərək "Əxlaqsızın biri, indi də  oğlanla gəzməyə başlamısan?" -dediyini gördüm. Yazıq anam atamı tutub saxlamağa çalışırdı ki, bacımı döyməsin. Atam anamı qırağa itələyib bacımın saçından yapışıb onu evdə sürüməyə başladı, qışqırırdı ki, onun canını alacaq. Atam bacımı sürüyüb mətbəxə apardı.  Anam  qorxdu ki, o bıçağı götürüb bacımı vurar, odur ki, onun ardınca getdi. Atam həqiqətən  bıçağı götürüb bacıma saplamağa çalışırdı. Anam özünü onun üstünə atıb bıçağı almağa çalışanda barmaqları kəsildi. Mən mətbəxə qaçanda anamı qan içində görüb elə bildim ki, atam anamın qarnından vurub. Atamı saxlamağa,  bıçağı ondan almağa çalışdım. Atam  bir əli ilə bacımın saçından tutub dartır, digər əli ilə də məni uzaqlaşdırmağa çalışırdı. İnanın, bilmirəm necə oldu  xatırlamıram, bir də gördüm atam yerdə yıxılıb, qan içində xırıldayır.  Özümə gələndən sonra 102 və 103 xidmətlərinə zəng elədim. Mənim niyyətim qisas almaq yox, anam və bacımı qorumaq olub".

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.

Qəsəbə sakini 1981- ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəluzadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunaraq o,təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
unikal.az

3Mənbələr