FİFA “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestyanniyə verilən cəzanı bütün turnirlərə şamil edib.
İdmanxeber.az məlumatına görə, futbolçu Çempionlar Liqasının pley-off mərhələsində “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqçi ifadə işlətdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub.
Bu cəzanın bir oyunu artıq çəkilib, 3 oyun isə 2 illik sınaq müddəti ilə şərtidir. Bu səbəbdən, Prestyanni Argentina millisindən dəvət alacağı halda, dünya çempionatında iki oyunu buraxa bilər.