AZ

Mirzoyan: Artıq Azərbaycanla əsl sülhümüz var

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmasa da, artıq sülh bərqərar olub”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmasa da, artıq sülh bərqərar olub”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirə zamanı deyib.

“Artıq əsl sülhümüz var. Son bir ildə Azərbaycanla sərhəddə heç bir insident baş verməyib və heç bir itki olmayıb. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru atılan böyük bir addımdır. Biz həmçinin Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları almışıq və bəzi malları Azərbaycan şirkətlərinə də satacağıq. Bu, sülhün əsl sübutudur”, - Mirzoyan qeyd edib.

XİN başçısı əlavə edib: “Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı münaqişəmiz olub, yaralar hələ də təzədir və hər iki xalqın hələ də həqiqi barışığa ehtiyacı var. Həll olunmamış məsələlər, xüsusən də humanitar məsələlər var. Saxlanılanlar var. Amma yol çox nikbindir”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsini paraflayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
ayna.az

9Mənbələr