AZ

Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib ŞİKAYƏT VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Xəlil Rza Ulutürk və 4-cü Uzununa küçələrində kütləvi şəkildə qayda pozan piyadalar görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərib. Hadisə   mayın 6-da saat 08:01 radələrində qeydə alınıb.

Kadrlarda piyadaların müəyyən olunmuş keçidlərdən istifadə etmədən yolun istənilən hissəsindən hərəkət etməsi, hətta hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına çıxması əks olunub. Görüntülərə əsasən, onlar avtomobil yolunda sərbəst şəkildə hərəkət edərək həm öz, həm də sürücülərin təhlükəsizliyini risk altına salıblar.

Şikayətçinin sözlərinə görə, həmin ərazidə bu cür hallar təsadüfi deyil və xüsusilə səhər saatlarında mütəmadi olaraq təkrarlanır. Bu isə həm yol hərəkətinin axıcılığına təsir edir, həm də qəza riskini artırır.

Qeyd olunan vəziyyət bir daha göstərir ki, piyadaların yol mədəniyyəti yalnız sürücülərin diqqətindən asılı məsələ deyil. Nizamlı hərəkət üçün yol keçidlərindən istifadə vərdişinin formalaşması və bu istiqamətdə nəzarətin gücləndirilməsi eyni dərəcədə vacibdir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
50
avtosfer.az

10Mənbələr