Azərbaycan Mərkəzi Bankı “Yelo Bank” ASC-nin Avropa İttifaqının 20-ci sanksiya paketində qeyd olunması ilə əlaqədar hər hansı problemin mövcudluğunu görmür.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.
“Hər hansı bir problem biz müşahidə etmirik. Bank yetərincə dayanıqlı mövqedədir, həm likvidlik, həm də kapital adekvatlığı baxımından. Heç bir mənfi gözləntimiz mövcud deyil”- deyə Taleh Kazımov deyib və əlavə edib ki, qurum bankla, maliyyə institutu ilə mütəmadi əlaqə saxlayır.