AZ

Qonşu davası məhkəmədə barışıqla bitdi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bakının Nəsimi rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin əvvəlində baş verib. Bakı şəhər sakini Camal qonşusu Sahib (adlar şərtidir – red.) ilə mübahisə edib. Camal həmin gün saat 17:00-da yaşadığı ünvanın qarşısında olan zaman qonşusu Sahib ilə şəxsi münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən onu yumruqla vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlə barışdığını, barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr