AZ

Həkim Asif Nəsirov dəfn edildi -

Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən, Göyçay rayon sakini, həkim Asif Nəsirov dəfn edilib. Metbuat.az xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Xatırladaq ki, aprelin 30-da saat 14 radələrində Milli Onkologiya Mərkəzində parlayış baş verib. Onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyev partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirlini ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Davud Tarverdiyev

Seçilən
31
metbuat.az

1Mənbələr