AZ

Azərbaycanlı futbolçu Albaniya çempionatının oyununda qol vurdu

Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.

Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.

Qeyd edək ki, hazırda matçda fasilədir. “Eqnatiya” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Seçilən
16
3
bakivaxti.az

4Mənbələr