AZ

İranda güc balansı dəyişir: SEPAH faktoru ön plana çıxır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Donald Trump İrandakı siyasi vəziyyətlə bağlı açıqlamasında ölkədə rəhbərliyin parçalanmış olduğunu bildirib və bunu danışıqlar üçün əsas maneə kimi qiymətləndirib. O qeyd edib ki, müxtəlif qruplar arasında fikir ayrılığı mövcuddur və bu səbəbdən vahid mövqe ortaya qoyulmur. Trampın sözlərinə görə, Vaşinqton üçün razılaşma hələ də prioritet olsa da, qarşı tərəfdə konkret və legitim tərəfdaşın olmaması prosesi çətinləşdirir. ABŞ prezidenti hətta “kimlə danışmalı olduğumuzu bilmirik” deyərək bu qeyri-müəyyənliyi açıq şəkildə ifadə edib. O vurğulayıb ki, real danışıqların başlaması üçün əvvəlcə qarşı tərəfdə vahid və aydın liderliyin formalaşması vacibdir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda müharibəyə qədər islahatçıların mövqeyi güclü idi. Xüsusilə hakimiyyətlə xalq arasında qarşıdurma islahatçıların mövqelərini daha da gücləndirmişdi. Amma İrana hücumla vəziyyət kökündən dəyişdi.

Əli Zülfüqaroğlu əlavə edib ki, İranda etirazçılara atəş açılması əmrini verənlərin İsrail və ABŞ-nin hücumları nəticəsində öldürülməsi hakimiyyətə qarşı aqressiyanı azaltdı və xalq üçün xarici düşmənlərə qarşı mübarizə prioritetə çevrildi: "Bu da SEPAH-ın yürütdüyü siyasət üçün əlverişli mühit formalaşdırdı. Nəticədə SEPAH İranda yenidın ən əhəmiyyətli struktura çevrildi".

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, bu səbəblərə görə, hazırda İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlindədir: "SEPAH daxilindəki radikal qrup Müctəba Xameneinin dini lider seçilməsinə nail olmaqla hakimiyyəti ələ aldı. Buna görə də SEPAH istər ruhani liderlər, istərsə də hökumət üzərində ciddi üstünlük əldə etdi. ABŞ ilə danışıqların konturlarını da SEPAH müəyyən edir. Ona görə də prezident başda olmaqla hökumət üzvlərindən heç kim hazırda təsir imkanlarına malik deyil. Reallıq bundan ibarətdir ki, danışıqların davam etdirilməsi, yaxud müharibənin başlanmasına SEPAH qərar verəcək".

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr