AZ

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

Sosial şəbəkələrdə son günlər sürətlə yayılan “travma testləri” minlərlə istifadəçini cəlb edir. Bir neçə sual və ya şəkillə insanın psixoloji vəziyyətini müəyyən etdiyini deyən saytlar sosial şəbəkədə video reklamları hesabına auditoriya toplayır. “Bu şəkildən ilk nə görürsünüz? “Bu suallara cavab verin, travmanızı öyrənin” tipli testlər sosial mediada yeni trend yaradıb.

Bu məsələ bu qədər sadədirmi? Həqiqətən, bir neçə kliklə insanın keçmiş travmalarını üzə çıxarmaq mümkündürmü?

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlmasında bildirib ki, belə testlər həqiqətən də psixologiyada istifadə edilir:

“Bu testlər yəqin ki, psixoloqların istifadə etdiyi testlərdəndir. Tavmaları müəyyən edən, psixodiaqnostikada istifadə etdiyimiz testlər doğrudan da var. Bu testlər xüsusi qaydada tətbiq edilir və şəxsin əhval ruhiyyəsinə, cinsiyyətinə, yaşına, həyat təcrübəsinə və həyatda özünə verdiyi dəyərə baxılır. Bir-iki testlə diaqnostika və analiz edib vəziyyəti şərtləndirmək olmur. Bu qəti qadağandır. Belə olsaydı çox asan olardı.

Protokola uyğunlaşdırılmış suallar var ki, psixoloq yanına gediləndə verilir.
 

Variantlara bölünür, insanların həyat tərzi, yaşantısı, ailəli olub-olmadığı, valideyn olmağı nəzərə alınır.  Burada o qədər faktlar var ki, bunlara uyğun bu testlər verilir. Bilirsinizmi nə qədər test var?! Onlar hər insana verilə bilməz. Hər insan da istədiyi zaman istədiyi mühitdə cavablaya bilməz. İnsan var ki, əsəbi vaxtında birdən testlər qabağına çıxır, insan da var xoş halında… Bizdə tək test yox, testlər toplusu insanlara müxtəlif vəziyyətlərdə verilir. Nəticə həqiqətin tam yox, bir hissəsi kimi götürülür.


Psixoloqun sözlərinə görə bu testlər düzgün yerdə istifadə edildiyi zaman, düzgün cavab verə bilir.

Bəs, bunun sayəsində insanların özünə diaqnoz qoymasının psixoloji zərərləri varmı?

Psixoloq qeyd edib ki, ciddi yanaşılmırsa və sadəcə əyləncə məqsədilə testlərdən istifadə edilirsə, heç bir təhlükəsi yoxdur:

“İnsan tapmacalara, oyunlara meyilli olduğu üçün bu normaldır. Hər hansı travma qoyacağını düşünmürəm. Bu testlərə ciddi yanaşan şəxs olsaydı təbii ki, o mütəxəssis yanına gedərdi”.

Xədicə Paşayeva, Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr