AZ

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında gəmilərin hərəkəti Panama bayrağı altında üzən "Queen Bee" yük daşıyıcısının mühərrikində nasazlıq yarandığı üçün dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Haberturk" televiziya kanalı məlumat verib.

Sahil mühafizəsi qayıqları hadisə yerinə tez bir zamanda göndərib, problemin aradan qaldırılması üçün işlər görülür.

Qeyd edək ki, 3 may tarixində Panama bayrağı altında üzən Zaltron yük daşıyıcısı Bosfor boğazında mühərrikində nasazlıq yaranmışdı. Gəmi Misirdən Rusiyaya gedirmiş.

Seçilən
22
2
unikal.az

8Mənbələr