AZ

Almaniya kansleri səbirsiz olmağından şikayətlənib » AzadMedia.az

Almaniya


Almaniya kansleri Fridrix Mers bildirib ki, vəzifədə keçirdiyi ilk il ərzində ən böyük zəif tərəfi məhz səbirsizlik olub. O, bu fikirləri ZDF telekanalına müsahibəsində səsləndirib.

Kansler, həmçinin vətəndaşlarla ünsiyyətində yaranan problemlərlə bağlı tənqidlərə də münasibət bildirib. Xüsusilə, Zaltsvedel şəhərində onkoloji xəstəlikdən əziyyət çəkən bir qadınla yaşadığı mübahisəyə toxunan Merz qeyd edib ki, o, kobud davranmayıb və yalnız hökumət üzvlərinin maaşlarının artırılması ilə bağlı “yanlış iddiaya” cavab verib. Onun sözlərinə görə, belə bir məsələ ümumiyyətlə müzakirə olunmayıb.

Bununla belə, hökumətin fəaliyyəti cəmiyyətdə ciddi narazılıq doğurur. Son sorğulara əsasən, Almaniya əhalisinin 70 faizdən çoxu kanslerin fəaliyyətindən narazıdır, 75 faizdən artıq respondent isə ümumilikdə hökumətin işini mənfi qiymətləndirir.

Bir il əvvəl qurulan CDU/CSU və SPD koalisiyasının mövqeləri zəifləyib. Eyni zamanda, Alternative für Deutschland bəzi reytinqlərdə ölkədə ən populyar siyasi qüvvəyə çevrilmək üzrədir.

Seçilən
14
1
azadmedia.az

2Mənbələr