Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
QAX RAYON İCRA HAKİMİYYƏTİ, QAX RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN VƏ AYB ŞİMAL-QƏRB REGİONAL BÖLMƏSİNİN BİRGƏ TƏŞKİL ETDİYİ TƏDBİR SÖZÜGEDƏN MƏRKƏZDƏ KEÇİRİLİB.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsinin” təşəbbüskarı olduğu “Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsinə yekun vurulub. Artıq beş ildir ki, ənənəvi inşa yazı müsabiqəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonunda yerləşən təhsil ocaqlarında keçirilir. Hər il İnşa yazı müsabiqəsinə bölgədə yerləşən digər təhsil ocaqları da qoşulur. İqtisad Universitetinin Zaqatala filialı da ikinci ildir ki, AYB Şimal-qərb regional bölməsilə birgə “Heydər Əliyev və Azərbaycan İqtisadiyyatı” mövzusunda inşa yazı müsabiqəsi keçirir. Bu il Zaqatala Dövlət İdarəetmə və Texnologiya kolleci də AYB Zaqatala bölməsi ilə birgə “Heydər Əliyev və Kənd Təsərrüfatı” adlı inşa yazı müsabiqəsi keçirib. Bundan əlavə bölgədə yerləşən Peşə təhsil ocaqları, Uşaq-Gənclər idman-şahmat, Uşaq Gənclər İnkişaf mərkəzi, Uşaq İncəsənət məktəbləri də müsabiqəyə qoşularaq, rəsm, inşa və idman yarışları keçiriblər.
Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsinin təşəbbüsü, Elm və Təhsil işçiləri həmkarlar ittifaqlarının rayon komitələri, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Rayon təhsil sektorları, YAP rayon təşkilatları və rayonlardakı Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsinin əsas məqsədi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, təbliği, şagirdlərin bilik və bacarığının artırılmasıdır.
Müsabiqə əvvəlcə hər bir ümumtəhsil orta məktəbində keçirilib, daha sonra rayon turu keçirilərək qaliblər AYB Şimal-qərb regional bölməsinin üzvüləri tərəfindən seçilib. Qaliblər Diplom və qiymətli hədiyyələrlə təltif olunub.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən təltifolunma mərasimində iştirak edən tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərdə ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsini yad ediblər. Daha sonra Qax rayon Heydər Əliyev mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin və Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb. Sonra söz “Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsinin təşəbbüskarı və əsas təşkilatçısı AYB Şimal-qərb Regional Bölməsinin sədri, Prezident mükafatçısı Əlmaniz Ələkbərliyə verilib. Əlmaniz Ələkbərli Qax RİH başçısı Elvin Paşayevi, Şəki-Zaqatala regional təhsil idarəsinin müdir müavini Hafiz Pənahovu və Qəbələ, Oğuz, Şəki, Zaqatala və Balakən rayonlarından gəlmiş YAP sədrləri, ETİHİ-nin rayon komitə sədrləri, rayonlardan gələn icra hakimiyyəti işçilərini,qalib şagirdləri və onların məktəb direktorlarını salamladıqdan sonra keçirilən müsabiqədən danışıb:-Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsi hər il daha da genişlənir. İnşa yazı müsabiqəsilə yanaşı bir çox idman yarışları və rəsm müsabiqələri də keçirilib ki, bu da istedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasına xidmət edir. Bu il UNEC Zaqatala filialının tələbələri sırasına Pakistan vətəndaşı da yazılı müraciət edərək qoşulub və 3-cü yerə layiq görülmüşdür. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan sözügedən müsabiqədə Şəki-Zaqatala regional təhsil idarəsi ilə yanaşı, Elm, Təhsil İşçiləri Həmkarlar İttifaqlarının rayon komitələri, Dövlət İqtisad universitetinin Zaqatala filialı, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, “Balakən və Qax Rayon Uşaq Gənclər İdman-Şahmat” məktəbləri, Zaqatala Uşaq Gənclər İnkişaf mərkəzi, Qax, Zaqatala və Balakən rayon “Uşaq İncəsənət” məktəbləri, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Zaqatala rayon Dövlət Peşə məktəbi və Balakən rayon Peşə Təhsil mərkəzi də iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqımız üçün etdiklərini günlərlə saysaq yenə də azdır. Ulu öndər Moskvada təqib və təhdidlərdən sonra Naxçıvana gəldiyi zaman Muxtar Respublika dörd tərəfdən bağlı idi. Naxçıvanın Azərbaycanın digər ərazilərilə heç bir əlaqəsi yox idi. Naxçıvan əhalisi çörəklə imtahana çəkilirdi. Elektrik enerjisi, qaz təchizatı isə ümumiyyətlə yox idi. Dahi şəxsiyyət şəxsi nüfuzundan istifadə edərək, Naxçıvanı elektrik enerjisi, qaz və ən acınacaqlısı olan çörəklə təmin etməyə nail oldu. Həmin dövrdə yağı düşmən durmadan silahsız Naxşıvanlıları raket və top atəşinə tuturdu. Bütün bunlara baxmayaraq Heydər Əliyevin ətrafında polad kimi möhkəm dayanan Naxçıvanlılar bir addım belə geri çəkilmədilər. Həmin dövrdə elektrik enerjisi fasilələrlə verildiyi üçün Naxçıvan ziyalıları Ulu öndərə müraciət etdilər ki, heç olmasa yaşadığı evi yanacaqla işləyən elektrik cihazı ilə təmin etsinlər, ancaq o böyük şəxsiyyət xalqdan seçilmək istəmədiyini deyərək ondan imtina etmişdi. Nə qədər nəhəng, dahi şəxsiyyət idisə bir o qədər də sadə insan idi. İnşa yazı müsabiqəsini keçirməkdə əsas məqsəd gənc nəslin Heydər Əliyev irsini daha dərindən öyrənməsidir. Məhz Heydər Əliyev siyasəti və onun layiqli varisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ağrılı problemimiz olan Qarabağ məsələsi, gələcək nəsillərə saxlanılmayaraq öz həllini tapdı.
Daha sonra söz Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin sədri Rübail Əfəndiyevaya verildi. Rübail xanım da öz növbəsində ETİHİ rayon komitələrinin sözügedən müsabiqəyə dəstək verdiklərini vurğulayaraq, Ulu öndərin doğum günü ərəfəsində silsilə tədbirlərin keçirilməsindən danışıb. Daha sonra Ümummilli liderin xalqımız qarşısında misilsiz xidmətlərindən də ətraflı söz açıb.
Tədbirdə növbəti çıxış YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyevə verilib. Natiq müəllim də Ulu öndərin siyasi fəaliyyətindən, xüsusilə YAP-nın yaranmasından və onun uzunmüddətli daxili və xarici siyasətimizin təməlini qoymasından ətraflı danışıb.
Sonra söz Dövlət İqtisad Universiteti Zaqatala filialının direktoru Raqif Qasımova verildi. Raqif müəllim əvvəlcə filialla bağlı, daha sonra artıq ənənə halını alan AYB Şimal-qərb regional bölməsi ilə birgə “Heydər Əliyev və Azərbaycan İqtisadiyyatı” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsindən danışıb. Müsabiqədə iştirak edən tələbələrin sayı və rəqabətin ilbəil artdığını deyən direktor bu il müsabiqədə Pakistan vətəndaşının da könüllü olaraq iştirak etdiyini xüsusi vurğulayıb.
Sonra Ulu öndərin təhsilimizə verdiyi böyük önəmdən, hələ sovetlər birliyi dövründə Azərbaycan gəncinin vətəndən kənarda təhsil alaraq, geri dönməsindən danışıb.
Sonra söz Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahova verildi. Hafiz müəllim də öz növbəsində əvvəlcə İnşa yazı müsabiqəsinin əsas təşəbbüskarı AYB Şimal-qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə təşəkkürünü bildirdi. Sonra Ulu öndərin hələ sovetlər birliyi dövründə Azərbaycan təhsilinə ayırdığı diqqət və qayğıdan ətraflı danışıb:- Müstəqillik illərində də Ulu Öndər tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi, 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılaraq, onlara universitet statusu verildi.
Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi onun həyatının parlaq səhifələrindədir. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi, həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması və müddətinin 11 illik olması ideyaları Heydər Əliyev tərəfindən irəli sürülmüşdü.
Dahi rəhbərin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Az müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı.1999-cu il iyunun 15-də proqram təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutuldu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Bu prosesin davamlılığı Prezident İlham Əliyev tərəfindən təhsil sahəsindəki islahatlarla təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi.
Ötən müddət ərzində strategiyanın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi Heydər Əliyevin ölkəyə rəhbərliyində misilsiz xidmətidir.
Bundan sonra söz Qax rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevə verilib. Elvin müəllim də öz növbəsində “Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsinin bütün təşkilatçılarına, xüsusilə AYB Şimal-qərb regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə minnətdarlığını bildirib. Daha sonra Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb:-XX əsr Azərbaycan tarixinin ən parlaq və nadir şəxsiyyətlərindən biri olan
Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında,
onun inkişaf etdirilməsində müstəsna xidmətləri və rolu vardır. Heydər Əliyev
böyük və mənalı ömrünün hər anını xalqının tərəqqisi və rifahına sərf edib, onun dünya xalqları arasında şərəfli yer tutmasına, doğma vətəni Azərbaycanın
nüfuzunun yüksəlməsinə həsr edib. “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasına, bu irsin formalaşmasında böyük rolu olan tarixi şəxsiyyətlərə yüksək diqqət ayırıb. 1970-ci illərdən başlayaraq Ulu Öndərin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin yubileyləri təntənə ilə qeyd edilməyə başlandı, İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO səviyyəsində keçirildi, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi. 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda təsbit olunması Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.
Həmin dövrdə Milli kinomuzun inkişafı və filmlərimizdə sətiraltı işarələrin gələcək nəsillərə ötürülməsi, bütün qadağalara baxmayaraq, Azərbaycan xalqının milli maraqlarına xidmət edəcək filmlərin ərsəyə gəlməsinə böyük dəstək verən məhz Heydər Əliyev olub.
Bundan əlavə onun Azərbaycan Respublikasının birinci katibi olduğu dövrlərdə geridə qalmış respublikanı ən irəlidə olan respublikalar siyahısına qaldırılması da Ulu öndərin xidmətləridir.
Hələ 1969-cu ildə Heydər Əliyevin rəhbərlik etməyə başladığı Azərbaycan keçmiş Sovet İttifaqının solğun mənzərəyə malik aqrar respublikalarından biri idi. Dövrün bütün məhrumiyyətlərinə baxmayaraq, Heydər Əliyevin səyləri nəticəsində qısa zamanda işə salınmış nəhəng potensial Azərbaycanı ittifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni yüksəliş baş verdi. Bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sənayedə əsas fondların 69 faizi yeniləndi, 250-dən çox zavod, fabrik istifadəyə verildi. Əgər 1969-cu ilədək olan dövrdə Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyi dövründə onların sayı 1048-ə çatdırıldı. Sənaye istehsalı və kənd təsərrüfatında əmək məhsuldarlığı 2 dəfə artdı, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisini 2 dəfə üstələdi.
Müstəqil Azərbaycan dövlətini dünyaya tanıtmaq üçün öz şəxsi nüfuzundan istifadə etdi. Onun qoyduğu uğurlu siyasət bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər siyasəti, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası onu deməyə əsas verir ki, Heydər Əliyev siyasəti, onun ideyaları həmişə yaşayacaqdır.
Daha sonra “Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsi qaliblərinin təltifolunmasına başlanıldı. Və bunun üçün Əlmaniz Ələkbərli səhnəyə dəvət olundu. Əlmaniz müəllim qeyd etdi ki, bizimlə yanaşı YAP rayon təşkilatları da qalibləri hədiyyə ilə ayrıca təbrik edirlər.
Əlmaniz müəllim Qəbələ rayon təhsil sektorunun, YAP Qəbələ rayon təşkilatı və ETİHİ-nin Qəbələ rayon komitəsinin nümayəndələrini və üçüncü yerin qalibi Qəbələ rayon Bılıx kənd ümumtəhsil orta məktəbin şagirdi Aytəkin Göyüşovanı və sözügedən məktəbin direktorunu səhnəyə dəvət etdi. Hədiyyələri qaliblərə təqdim etmək üçün isə Qax RİH başçısı Elvin Paşayevi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahovu səhnəyə dəvət edib.
İkinci yerin qalibi Qəbələ rayon Yenikənd ümumtəhsil orta məktəbin şagirdi Nuray Şirinova, Birinci yerin qalibi isə Qəbələ şəhər “1” nömrəli ümumtəhsil orta məktəbin şagirdi İbrahim Rüstəmli də təltif olunmaq üçün səhnəyə dəvət olundular.
Sonra Oğuz rayon RİH-nin, təhsil sektorunun, ETİHİ-nin və YAP-nın nümayəndələrinin iştirakıyla “3”-cü yerin qalibi Oğuz rayon Bayan kənd ümumtəhsil orta məktəbinin şagirdi Gülay Hacıyevanı, “2”-ci yerin qalibi Oğuz rayon Bucaq kənd ümumtəhsil orta məktəbin şagirdi Nargilə Qurbanovanı və “1”-ci yerin qalibi Oğuz şəhər “2” saylı İnternat tipli Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin şagirdi Nuray Salehlini təltif olunmaq üçün səhnəyə dəvət edib.
Sonra YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov başda olmaqla, RİH-nin, təhsil sektorunun, ETİHİ-nin nümayəndələrinin iştirakıyla “3”-cü yerin qalibi Şəki şəhər Bəxtiyar Vahabzadə adına “1”saylı Ümumtəhsil orta məktəbinin şagirdi Gülay Ağababayeva, “2”-ci yerin qalibi Şəki rayonu Baş Şabalıd kənd ümumtəhsil orta məktəbin şagirdi Zəhra Mustafayeva və “1”-ci yerin qalibi Şəki Şəhər Fizika- Riyaziyyat vəHumanitar Fənlər Təmayüllü Liseyin şagirdi Səma Səlimovanı və onların məktəb direktorlarını təltif olunmaq üçün səhnəyə dəvət edib.
Qax rayon təhsil sektorunun müdiri Babək Heydərov, ETİHİ Qax rayon komitə sədri Rübail Əfəndiyevanı və YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyevin iştirakıyla “3”-cü yerin qalibi Qax şəhər “1” saylı ümumtəhsil orta məktəbin şagirdi Zəhra Diniyevanı, Qax rayon Tasmalı kənd ümumtəhsil orta məktəbin şagirdi Gülsəba Sərdarovanı və “1”-ci yerin qalibi Qax şəhər “2” saylı məktəb-liseyin şagirdi Emil Məmmədlini və onların məktəb direktorlarını təltif olunmaq üçün səhnəyə dəvət edib.
Sonra Zaqatala RİH-nin şöbə müdiri Ramin Həsənli, ETİHİ-nin Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov, YAP Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşovu və “3”-cü yerin qalibi Akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseyin şagirdi, şəhid Polkovnik-leytenant Abakar Hacıyevin qızı Elvira Hacıyeva, “2”-ci yerin qalibi Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasının şagirdi Nuray Səmədli və “1” ci yerin qalibi Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun adını daşıyan Zaqatala rayon Aşağı Tala kənd “1” nömrəli ümumtəhsil orta məktəbin şagirdi Banu Həsənlini və hər bir qalib şagirdin məktəb direktorunu təltif olunmaq üçün səhnəyə dəvət edib.
Daha sonra Balakən təhsil sektoru, ETİHİ-nin, YAP Balakən rayon təşkilatının nümayəndələrini və “3”-cü yerin qalibi Akademik Zərifə Əliyeva adına Balakən şəhər məktəbinin şagirdi Alvina Mirzəyeva, “2”-ci yerin qalibi Balakən şəhər Amin Novruzov adına Humanitar və Texniki Fənlər Təmayüllü Liseyin şagirdi Ahu Bodurovanı və “1”-ci yerin qalibi Balakən şəhər Nizami Gəncəvi adına şəhər “1” nömrəli ümumtəhsil orta məktəbinin şagirdi Lalə Surxayevanı və onların məktəb direktorlarını təltif olunmaq üçün səhnəyə dəvət edib.
Sonra təltifolunma tədbirində digər müəssisələrdə keçirilən yarış və müsabiqələrin qalibləri mükafatlandırılıb.
Balakən rayon uşaq-gənclər, idman-şahmat məktəbinin müəllimi Ruslan Cüciyevin tələbəsi Yunan-Roma güləş idman növü üzrə Beynəlxalq və Respublika səviyyəli yarışların mükafatçısı Yusif Məmmədovu müəllimi və məktəb rəhbəri ilə təltif olunmaq üçün səhnəyə dəvət olunublar.
Sonra Zaqatala rayon Uşaq Gənclər İnkişaf mərkəzində keçirilən rəsm müsabiqəsinin qalibi Gülşah Hüşənova və məktəbin rəhbəri Şəlalə Xəlilovanı təltif olunmaq üçün səhnəyə dəvət ediliblər.
Bundan sonra Zaqatala Uşaq incəsənət məktəbində keçirilən rəsm müsabiqəsinin qalibi Aliyə Hekalova və məktəbin direktoru Günel Abbasovanı təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Sonra Balakən rayon Uşaq-İncəsənət məktəbində keçirilən rəsm müsabiqəsinin qaliblərini Rəcəbli Yusifi və Əsiyət Şutrayevanı məktəb rəhbərliyi ilə birgə təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Qax rayon Uşaq incəsənət məktəbində keçirilən rəsm müsabiqəsinin qalibi Fidan Musayeva və məktəbin direktoru Şəhla Cavadovanı təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Qax Qadın futbolunun inkişafındakı xidmətlərinə görə Qax UGİŞM-nin metodisti Dilarə Əliyeva AYB Şimal-qərb regional bölgəsinin sədri tərəfindən “Fəxri Fərmanla” təltif olunmaq üçün səhnəyə dəvət olunub.
Daha sonra Qax rayon Uşaq -Gənclər, İdman-Şahmat məktəbində keçirilən stolüstü tennis yarışlarının qalibləri “1”-ci yer Ramin Lətifovu, “2”-ci yer Ümid Oruclunu və “3”-cü yerin qalibi Cavid Məmmədovu və məktəbin direktoru Pərvanə İsmayılovanı təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Sonra Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə, YAP Şəki şəhər təşkilatının sədri Daşqın Mikayılovu və ETİHİ-nin Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevanı, Şəki Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyev və Peşə Təhsili “mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri “3”-cü yer Xatirə Paçxataşvili, “2”-ci yerin qalibi Ramal Lətifli və “1”-ci yerin qalibi Xədicə Əfəndiyevanı təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Sonra Zaqatala rayon Dövlət Peşə məktəbində keçirilmiş “Heydər Əliyev və Peşə Təhsili “ mövzusunda inşa yazı müsabiqəsinin qalibi Yusif Qardaşovu və məktəbin direktoru Saleh Dəmirovu təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Daha sonra isə Balakən rayon Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Heydər Əliyev və Peşə Təhsili” mövzusunda inşa yazı müsabiqəsinin qalibi Yassi Eminovanı və mərkəzin direktoru Azad Dibirovu təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Sonra Qax Dövlət Peşə Liseyində keçirilmiş “Heydər Əliyev və Peşə Təhsili” inşa yazı müsabiqənin qalibi Nigar Qaracayevanı və onun müəllimini təltif olunmaq üçün səhnəyə dəvət ediblər.
Bundan sonra Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecində “Heydər Əliyev və Kənd Təsərrüfatı” mövzusundan keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri “3”-cü yer Murad İbrahimovu, “2”-ci yer Fatimə Cumayevanı və “1”-ci yer Dilbər Məmmədzadəni kollecin direktoru Dürrə Hacıyeva ilə birgə təltif edilmək üçün səhnəyə dəvət ediblər.
Sonda Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilmiş “Heydər Əliyev və Azərbaycan İqtisadiyyatı” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri
“3”-cü yer Ramilə Baxışova, və Pakistan vətəndaşı Hartomi Əkbər Basori, “2”-ci yer Ayda Arzumanova və “1”-ci yer Cavidan Həzizadəni, filialın direktoru f.e.dok. Raqif Qasımovu təltif olunmaq üçün səhnəyə dəvət ediblər. Tədbirin sonunda Əlmaniz Ələkbərli yenidən çıxış edərək zəhməti keçən hər kəsə, o cümlədən Qax RİH-ə, Qax rayon Heydər Əliyev Mərkəzinin kollektivinə öz minnətdarlığını bildirib.
Tədbir Qonaqların da iştirakıyla Qax rayon Heydər Əliyev Mərkəzində, çay süfrəsi arxasında edilən səmimi söhbətlə yekunlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.