
Deputat Məşhur Məmmədov sosial media hesabında Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində həmkarı Tahir Mirkişili ilə birlikdə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlər ölkənin iqtisadi inkişafında xüsusi rol oynayır.
Məşhur Məmmədov qeyd edib ki, sərgilərin təşkili və bu platformalarda fəal iştirak qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin inkişafına ciddi təkan verir: “Belə tədbirlər ixrac imkanlarının genişlənməsinə şərait yaradır, yerli istehsalçıların məhsullarının beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Eyni zamanda, yeni tərəfdaşlıqlar qurulur və ölkəyə investisiya axını güclənir.”
Deputat sərgi çərçivəsində Masallı rayonunun məhsullarının nümayiş olunduğu stendi də ziyarət etdiklərini vurğulayıb: “Masallının zəngin təbii resurslarını və zəhmətkeş insanlarının əməyini əks etdirən məhsullar yüksək keyfiyyəti və təbii dadı ilə seçilir. Bu cür beynəlxalq platformalarda təmsil olunmaq istehsalçıların tanınmasına, satış bazarlarının genişlənməsinə və regionun iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfə verir.”
Məşhur Məmmədov əlavə edib ki, beynəlxalq sərgilər həm də innovativ texnologiyaların və qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi baxımından önəmlidir: “Bu proses məhsuldarlığın və rəqabət qabiliyyətinin artmasına xidmət edir.”
Deputatın fikrincə, bu kimi tədbirlər Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılması və dayanıqlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta