Abşeron rayonu ərazisində fəaliyyət göstərən sexlərin birindən 1350 manat dəyərində metal avadanlıqlar oğurlanıb.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən D.Paşayev və Ə.Musazadə müəyyən olunaraq saxlanılıb. Araşdırma davam etdirilir.