AZ

Türkiyə ilə danışıqlarda iştirak edən erməni tərcüməçi öldü

ain.az, Unikal.az saytına istinadən bildirir.

Son vaxtlar, demək olar ki, bütün Ermənistan-Türkiyə görüşlərində erməni tərcüməçisi kimi çıxış edən Gevorq Kaloşyan ölüb.

"Unikal" xəbər verir ki, onun ürəktutmadan vəfat etdiyi bildirilir.

Bir gün əvvəl o, həmçinin Gümrü-Qars dəmir yolunun bərpası və yenidən açılması ilə bağlı işçi görüşdə iştirak edib.

İsrail ordusu İrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindədir.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

O, əlavə edib ki, ölkə artıq İran İslam Respublikası daxilində bir sıra əlavə hədəflər hazırlayıb.

"Biz qələbələrimizi dərinləşdirəcək və İran rejimini daha da zəiflədəcək güclü və genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimiz var", - Zamir bildirib.

O, həmçinin qeyd edib ki, İsrail çoxcəbhəli əməliyyat vasitəsilə regional reallığı dəyişdirmək üçün tarixi bir fürsətə malikdir.

Zamir qeyd edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya davam edir və İsrail tərəfi vəziyyəti yaxından izləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
43
unikal.az

10Mənbələr