AZ

Hörmüzdə gərginlik pik həddə: Fransanın "dəniz nəhəngi" hərəkətə keçdi

Fransa özünə məxsus aviadaşıyıcı qrupun Qırmızı dənizə yola düşdüyünü bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Hürmüz boğazında dəyişən beynəlxalq vəziyyətə cavab olaraq, hərbi-dəniz aviasiya qrupu Qırmızı dəniz və Ədən körfəzi istiqamətində hərəkət edir", - deyə açıqlamada qeyd olunub.

"BFMTV" telekanalının Baş Qərargahın məlumatına istinadən verdiyi xəbərə görə, bu manevr gələcəkdə çoxmillətli bir təşəbbüs başlayacağı təqdirdə, qüvvələrin səfərbərlik müddətini qısaltmağa xidmət edəcək. Yelisey sarayından vurğulanıb ki, hərbi qüvvələrin bölgəyə cəlb edilməsi koalisiyanın regionda təhlükəsizliyi qorumağa tam hazır olduğunu nümayiş etdirir. Plana əsasən, "Şarl de Qoll" (Charles de Gaulle) təyyarədaşıyan gəmisi bölgədəki müttəfiq gəmilərlə birləşəcək.

Fransa Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qüvvələrin regionda yerləşdirilməsi mövcud əməliyyat şəraitini öncədən analiz etməyə, həmçinin dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün alternativ tədbirlər görməyə imkan yaradacaq.

Seçilən
16
2
moderator.az

3Mənbələr