AZ

Bu güllərə zərər vuranlar cərimələnəcəklər VİDEO

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər ictimai yerlərdə bitki və güllərə zərər vurulması halları artıb. Xüsusilə sosial şəbəkələrdə bəzi blogerlərin bulvardakı gül və çiçəkləri əzməsi geniş müzakirələrə səbəb olub. Halbuki belə hərəkətlər təkcə qeyri-etik davranış sayılmır, həm də qanunla qadağandır.

Modern.az xəbər verir ki, ARB TV-nin hazırladığı süjetdə sakinlər bu cür halların tez-tez baş verdiyini bildiriblər. Vətəndaşlardan biri deyib ki, insanlar çox vaxt gülləri dərir və bunu adi hal hesab edir:

“Çiçəklər o qədər gözəldir ki, yan keçmək olmur. İnsan baxanda dərmək, iyiləmək istəyir. Amma bilmirlər ki, bu, inzibati xəta sayılır və cərimə ilə nəticələnə bilər”.

Sakinlər hesab edir ki, ictimai yerlərdəki güllər və yaşıllıqlar qorunmalıdır. Bəziləri ilk dəfə belə hal törədən şəxslərə xəbərdarlıq edilməsinin daha doğru olduğunu düşünür:

“Birinci dəfə xəbərdarlıq olunsa yaxşı olar. Təkrar olarsa, onda cərimə tətbiq edilməlidir”.

Digər vətəndaşlar isə təbiətə zərər vuranlara qarşı daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır:

“Gülləri kimsə əkib-becərir, hamısı insanlar üçündür. Kiminsə gəlib onları qırması çox pisdir. Böyük cərimə olunmalıdır”.

Süjetdə vurğulanıb ki, uşaqlara da kiçik yaşlardan təbiəti qorumaq öyrədilməlidir.

Məsələ ilə bağlı qeyd olunub ki, ictimai yerlərdə gül, kol və ağaclara ziyan vurulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 253.4-cü maddəsinə əsasən ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir.

Əgər təbiətə vurulan zərər böyük həcmdədirsə və ya nadir bitkilərlə bağlıdırsa, həmin şəxslər barəsində cinayət işi də açıla bilər.

Son dövrlər ictimai yerlərdə bitki və güllərə zərər vurulması halları artıb. Xüsusilə sosial şəbəkələrdə bəzi blogerlərin bulvardakı gül və çiçəkləri əzməsi geniş müzakirələrə səbəb olub. Halbuki belə hərəkətlər təkcə qeyri-etik davranış sayılmır, həm də qanunla qadağandır. Modern.az xəbər verir ki, ARB TV-nin hazırladığı süjetdə sakinlər bu cür halların tez-tez baş verdiyini bildiriblər. Vətəndaşlardan biri deyib ki, insanlar çox vaxt gülləri dərir və bunu adi hal hesab edir: “Çiçəklər o qədər gözəldir ki, yan keçmək olmur. İnsan baxanda dərmək, iyiləmək istəyir. Amma bilmirlər ki, bu, inzibati xəta sayılır və cərimə ilə nəticələnə bilər”. Sakinlər hesab edir ki, ictimai yerlərdəki güllər və yaşıllıqlar qorunmalıdır. Bəziləri ilk dəfə belə hal törədən şəxslərə xəbərdarlıq edilməsinin daha doğru olduğunu düşünür: “Birinci dəfə xəbərdarlıq olunsa yaxşı olar. Təkrar olarsa, onda cərimə tətbiq edilməlidir”. Digər vətəndaşlar isə təbiətə zərər vuranlara qarşı daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır: “Gülləri kimsə əkib-becərir, hamısı insanlar üçündür. Kiminsə gəlib onları qırması çox pisdir. Böyük cərimə olunmalıdır”. Süjetdə vurğulanıb ki, uşaqlara da kiçik yaşlardan təbiəti qorumaq öyrədilməlidir. Məsələ ilə bağlı qeyd olunub ki, ictimai yerlərdə gül, kol və ağaclara ziyan vurulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 253.4-cü maddəsinə əsasən ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Əgər təbiətə vurulan zərər böyük həcmdədirsə və ya nadir bitkilərlə bağlıdırsa, həmin şəxslər barəsində cinayət işi də açıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
modern.az

1Mənbələr