AZ

CNN: İran ABŞ-nin təklifinə cavabı bu gün təqdim edə bilər

BAKI, 7 may. TELEQRAF

İranın ABŞ-nin münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı təklifinə cavabını mayın 7-də təqdim edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı regional mənbəyə dayanaraq məlumat yayıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi Tehranın cavabının vasitəçi qismində çıxış edən Pakistan tərəfinə göndəriləcəyini bildirib.

Bundan əvvəl “Axios” portalı Vaşinqton və Tehran arasında silahlı münaqişənin başa çatdırılması ilə bağlı bir səhifəlik memorandumun imzalanmasına yaxın olunduğunu yazmışdı.

Seçilən
71
35
teleqraf.com

10Mənbələr