ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!
Bakıda
"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə
təşkilatçılığı ilə V Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Forumda
Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, nazirliklərin
tabeli qurumlarının, ölkədə fəaliyyət göstərən bankların, eləcə də yerli və
beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə
aqrobiznesin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının
genişləndirilməsi, iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik
fonunda dayanıqlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Eyni
zamanda rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərinin təkmilləşdirilməsində,
məlumatlara əsaslanan qərarların qəbulunda və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına
keçidində rolu diqqət mərkəzində saxlanılıb.
Forum
çərçivəsində aqrar sahənin maliyyələşdirilməsi istiqamətində göstərdiyi davamlı
və fəal dəstəyə görə Bank Respublika "Güzəştli kreditlərin təqdim
olunmasında ən fəal bank” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd
edək ki, Bank Respublika artıq 4-cü ildir ardıcıl olaraq bu mükafata
layiq görülür. Bu göstərici Bankın ölkədə aqrar sektorun inkişafına, fermerlərin
maliyyə resurslarına çıxışının genişləndirilməsinə və güzəştli kredit mexanizmlərinin
effektiv tətbiqinə verdiyi davamlı töhfənin bariz nümunəsidir.
? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr: ? Facebook | ? Instagram | ? LinkedIn | ? Telegram
? Çağrı Mərkəzi: 144
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.