AZ

Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli dəyişir

BAKI, 7 may. TELEQRAF

9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında hərəkət edəcək.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar cəmiyyətin saytında və ya "ADY Mobile" tətbiqində görə bilərlər.

Seçilən
3
13
teleqraf.com

10Mənbələr