AZ

Paşinyan konstitusiya islahatlarını seçkilərdən sonraya saxlayır Media

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yeni Konstitusiya üzərində işi müvəqqəti olaraq dayandırıb və parlament seçkilərindən sonra davam etdirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, konstitusiya islahatları üzrə şuranın iclasları artıq bir aydan çoxdur keçirilmir. Halbuki əvvəllər bu görüşlər demək olar ki, hər həftə baş tuturdu.

Fasilənin səbəbi hakim “Mülki Müqavilə” partiyasının 7 iyunda keçiriləcək parlament seçkilərini  gözləməsi və nəticələrə əsasən konstitusiya referendumu keçirə bilib-bilməyəcəyini müəyyənləşdirmək istəyidir. Qəzetin yazdığına görə, bunun üçün partiya ya parlamentdə konstitusion çoxluğa, ya da koalisiya tərəfdaşına ehtiyac duyur.

Eyni zamanda ədliyyə naziri Srbuhi Qalyan layihənin hazır olduğunu bildirsə də, nəşrin iddiasına görə, partiya rəhbərliyi hələlik sənədin məzmunu ilə tanış olmayıb.

Daha əvvəl baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Onun fikrincə, bu istinadlar potensial ziddiyyət riski yaradır.

Xüsusilə qeyd olunur ki, Müstəqillik Bəyannaməsində Ermənistanın Qarabağla birləşməsi ilə bağlı müddəa yer alır. Bu isə Azərbaycan tərəfindən qəbul edilmir və Bakı Konstitusiya dəyişikliklərini İrəvanla sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürür.

Qeyd: Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında, onun preambula hissəsində birbaşa istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu sənəd  Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hüquqi baza kimi qiymətləndirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
bizimyol.info

1Mənbələr