AZ

Ermənistan Azərbaycan media nümayəndələri və ekspertləri DƏYİRMİ MASADA

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvanda QHT Şurası tərəfindən Ermənistan-Azərbaycan media təmsilçiləri və ekspertlərnin birgə dəyirmi masası keçirilib. 

“Cebheinfo.az” xəbə verir ki, görüşdə regional siyasi inkişaf, təhlükəsizlik problemləri və dialoq imkanları müzakirə edilib.

Ermənistan tərəfini bir sıra ekspertlər və media mütəxəssisləri təmsil edib. Azərbaycan nümayəndə heyətinə isə ekspertlər Fərhad Məmmədov, Zaur Şiriyev və Rusif Hüseynov daxil olub.

Müzakirə dinamik formatda, fikir mübadiləsi və sual-cavab sessiyası ilə keçirilib. İştirakçılar Cənubi Qafqazda davam edən siyasi proseslərə dair hər iki cəmiyyətin baxışlarını təqdim ediblər. 

Hər iki tərəf etimadın möhkəmləndirilməsinin, kommunikasiya kanallarının açılmasının və ekspert dialoqunun davamlılığının vacibliyini vurğulayıb.

Görüş açıq və konstruktiv atmosferdə keçib və bir çox iştirakçı sülh prosesinin irəliləməsi üçün bu cür müzakirələrin vacibliyini qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
50
cebheinfo.az

10Mənbələr