AZ

Putin sui-qəsd cəhdindən və ya dövlət çevrilişindən qorxaraq getdikcə daha çox öz bunkerlərinə qapanır - KİV

Rusiya Prezidenti Vladimir Putininqəfil ölümü və ya devrilməsi, müharibənin bitməsini sürətləndirməyəcək, əksinə əlavə risklər yaradacaq.

Missiya.Az xəbər verir ki, “Newsweek” jurnalı bu barədə yazı dərc edib.

Bildirilib ki, son zamanlar Rusiyada Putin ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Avropa kəşfiyyatının məlumatına görə, Kreml lideri sui-qəsd cəhdindən və ya dövlət çevrilişindən qorxaraq getdikcə daha çox öz bunkerlərinə qapanır. Onun yaxın çevrəsində yoxlamaların sayı artıb, etibarlı sirdaşlarının dairəsi azaldılıb, rabitə və səyahətlər məhdudlaşdırılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr