AZ

Yüksək Liqa: Neftçi çətin sınaq qarşısında, Araz Naxçıvan fürsət gözləyir

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçiriləcək. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində iki görüş baş tutacaq. 

"Olimpik Star"da oynanılacaq turun mərkəzi oyununda lider "Neftçi" "Baku Fire" ilə üz-üzə gələcək. "Araz-Naxçıvan" isə U-19-u sınağa çəkəcək. 

"Lənkəran" çempionatda çıxışını dayandırdığından "Şuşa" meydana çıxmadan texniki qalibiyyət (5:0) əldə edəcək. 

Yüksək Liqa

XIX tur

7 may

Baku Fire – Neftçi İK

Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov.

Hakim-inspektor: Azad Hüseynov.

Olimpik Star. Saat 14:00.

Araz-Naxçıvan – U-19

Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Olimpik Star. Saat 16:30.

Yüksək Liqanın sonuna 2 tur qalmış turnir cədvəlində xal durumu belədir: Neftçi İK - 49, Araz-Naxçıvan - 46, Baku Fire - 35, Şuşa - 18, U-19 - 12, Lənkəran - 0.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
fanat.az

1Mənbələr