AZ

ITFC-nin bu vaxta qədər həyata keçirdiyi maliyyə təsdiqləmələri açıqlanıb

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) indiyə qədər ​92,1 ABŞ milyard dolları dəyərində təsdiqləmələr həyata keçirib.

APA-Economics” xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatı zamanı Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hojamurod Hojaev deyib.

O bildirib, ​bu təsdiqlərdən təxminən 78 milyard dolları ödənilib:

"​Üzv ölkələrdən gələn mandata əsasən, bu maliyyələşmənin 60%-i (92 milyard dolların 60%-i) beynəlxalq və regional bazarlardan cəlb edilmiş vəsaitlər hesabına formalaşır.
​Sindikasiyalarımızda iştirak edən regional çoxtərəfli inkişaf bankları (MDB), regional maliyyə institutları və kommersiya bankları şəklində 100-dən çox tərəfdaşımız var. Bu sindikasiyalar adətən böyük layihəli müştərilərimiz üçün təşkil edilir və aşağıdakıları əhatə edir:

​Ərzaq təhlükəsizliyi hədəfləri, enerji təhlükəsizliyi hədəfləri və özəl sektorun dəstəklənməsi”.

H.Hojaev deyib ki, rəkcə 2025-ci ildə təxminən 9,3 milyard dollar məbləğində təsdiqləmə edilin və bunun 7,5 milyard dolları artıq ödənilib:

“2025-ci ilin bu təsdiqlərindən göründüyü kimi 6,4 milyard dollar enerji təhlükəsizliyi hədəflərini dəstəkləməyə ayrılıb. 1,5 milyard dollar qida və kənd təsərrüfatı sektoruna (ərzaq təhlükəsizliyi) ayrılıb. Qalan 1,2 - 1,3 milyard dollar isə özəl sektoru, xüsusən də KOB-ları dəstəkləmək üçün nəzərdə tutulub."

O bildirib ki, 2025-ci ildə ayrılan ümumi maliyyə vəsaitinin 32%-i Ən Az İnkişaf Etmiş Üzv Ölkələri (LDMC) dəstəkləmək üçün ayrılıb:

“2008-ci ildən bəri maliyyələşməmizin təxminən yarısı, yəni 44 milyard dollar İƏT-daxili ticarətin dəstəklənməsinə, yəni 57 üzv ölkə arasındakı ticarət axınına ayrılıb. Qurulduğumuz gündən bəri regional və beynəlxalq bazarlardan 50 milyard dollara yaxın vəsait cəlb etmişik."

Seçilən
1
1
apa.az

2Mənbələr