AZ

Bakı metrosu iş rejimində dəyişiklik edəcək


“Bakı Metropoliteni” QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Məlumata görə, 9 və 11 may tarixlərində “28 May–Əhmədli” və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
Seçilən
14
49
yeniavaz.com

10Mənbələr