AZ

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır Azərbaycanda Heydər Əliyev irsinin gənclər arasında təbliği və öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb.

O bildirib ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə çatdıran Prezident İlham Əliyevin də gənclərə tövsiyəsi Ulu Öndərin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməkdir.

Elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin Azərbaycanın köklü və ənənəvi təhsil müsabiqələrindən birinə çevrildiyini deyib. Nazir qeyd edib ki, Heydər Əliyevin irsinin öyrənilməsi, onun fikir və ideyalarının yeni nəsil arasında təbliği olduqca vacibdir.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi və vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Müsabiqəyə təqdim olunan işlər komissiya tərəfindən qiymətləndirilib və hər rayon və şəhər üzrə kvotaya əsasən 87 şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan biri üzrə təqdimat ediblər. Onların çıxışları qiymətləndirilərək 33 şagird qalib seçilib. Onlardan 6 nəfər I yerə, 11 nəfər II yerə, 16 nəfər isə III yerə layiq görülüb.

Seçilən
19
2
apa.az

3Mənbələr