Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə 9 May tarixində Moskva ərazisində mobil internet və SMS xidmətlərinin məhdudlaşdırılacağını açıqlayıb.
Nazirliyin məlumatına görə, məhdudiyyətlər hətta "ağ siyahı"da olan (əvvəlcədən icazə verilmiş) saytlara girişi də əhatə edəcək. Rəsmilər bildiriblər ki, bu addım kütləvi tədbirlər zamanı mümkün təxribatların qarşısını almaq və rabitə kanallarının təhlükəsizliyini təmin etmək üçün atılıb.
Qeyd olunub ki, 7 və 8 may tarixlərində rabitə və internet xidmətlərində hər hansı məhdudiyyət nəzərdə tutulmur və şəbəkə adi rejimdə fəaliyyət göstərəcək. Paytaxt sakinlərinə və qonaqlara bayram günü rabitə məhdudiyyətlərini nəzərə almaları tövsiyə olunur./NOCOMMENT.az